“Özümü orada işləməyə hazır düşünmədim” Məmmədov

30.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayda “Zaqatala”dan ayrılan Rüstəm Məmmədov hələ işsizdir.

Mütəxəssis “Futbolpress.az“a açıqlamasında təkliflərin olduğunu bildirdi:

“Bu günə şükür. II Liqa komandalarından təkliflər oldu. Amma hazırkı vəziyyətə görə mənə uyğun deyildi”.

Məmmədov razılığa gələ bilməməsinin səbəbini açıqladı:

“Müəyyən danışıqlarımız baş tutdu, ancaq indi özümü orada işləməyə hazır düşünmədim. Müəyyən şərtlər olmalı idi, məsələ pul deyildi. Təşkilatçılıq, şərait və s. Bunlar üçün da zaman lazım idi. Ona görə razılığa gələ bilmədim. Hər komandaya hörmətim var, sağ olsunlar, təklif etdilər. İndi gözləmədəyəm. Ciddi bir təklif, layihə olarsa, dəyərləndirməyə hazıram”.

“Zaqatala” Məmmədovun başçılığı altında I Liqada bir dəfə gümüş, bir dəfə də bürünc medal qazanıb.

Bölgə klubunu hazırda Rakif Əliyev çalışdırır. Komanda I Liqada 3 turdan sonra 4 xalla 6-cı sıradadır.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью