Özümü öz evimdə qonaq kimi hiss edirəm, ağcaqanad birazdan çay süzüb gətirəcək sanki... Vi…
Icma.az, Bizimyol saytına istinadən bildirir. Sənədli-çıxarışlı evimdə ağcaqanadlar otaqdan otağa qovalayır məni...
Həyət evinə köçdüm ki, balkonunda çıxıb təmiz hava ala bilim. Payızda külək toz-torpaq gətirir, yayda da ağcaqanadlarla evi bölüşürəm.
Bilmirəm ki, ev mənimdir, ya onların. Hansı otağa girirsən, ağcaqanad. Özümü qonaq kimi hiss edirəm.
Divanda otursam, çay süzüb gətirəcəklər sanki. Divan demişkən, divanımda oturub söhbət edirdilər. Baxdım ki, məni süzürlər.
Qaralamışdılar, hiss edirdim. Bir otaqdan başqa otağa, qaça-qaça özümü çatdırdım evin bir küncünə. İşığı da söndürdüm ki, gəlməsinlər.
Bu ərazidə işıqların tez-tez keçməyinə onlar da narazıdırlar. Vızıltılarını burdan eşidirəm. Məni "didərgin" saldıqları divanımda oturublar.
Kommunal xidmət göstərən qurumlarını fəaliyyətini sorğulayırlar, yəqin. Mənim hər gün etdiyim kimi...
İradə Cəlil, Bizimyol.info Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu