Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Kulis.az Həmid Piriyevin "Urvatsız təqdimatlar" köşəsini təqdim edir.
On-on beş ilin söhbətidi. O vaxtlar kitab təqdimatları təzə-təzə dəbə düşürdü. Bizim üçün təzə idi. Maraqlı idi. Camaat da gəlirdi.
Hər kitab təqdimatı, az qala, bayrama dönürdü. Qətiyyən şişirtmirəm, həqiqətən, elə idi.
İllərlə görüşməyən ədəbiyyatçılar təqdimatlarda görüşürdü. Oxucular həvəslə gəlib təqdimatlarda iştirak edirdi, kitablarını oxuduğu müəllifl
Hələ bir neçə təqdimat olmuşdu ki, kitabın tirajı elə həmin gün qurtarmışdı. Sonra təqdimatlar adiləşməyə başladı.
Bir az da keçəndən sonra lağ obyektinə çevrildi, gənc yazarların özü kimi… Pandemiyadan sonra isə, ümumiyyətlə, mənasız tədbirə dönüb.
Artıq təqdimatlara oxucular gəlmir. Son iki ildə keçirilən təqdimatları yadımıza salaq, nadirən oxucu görmüşük.
Qalan hamısında on-on beş qələm adamı gəlib. Açığını desək, onlar da müəllifə, ədəbiyyata dəstək olmağa-zada gəlmir.