Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bu gün statistikaya baxsaq hər hansı ölkəyə gedən turist mərkəzdə daha çox vaxt keçirir.
Bu İstanbul, Dubay, Paris, hətta Bakıda da belədir. Çünki insanlar daha çox mərkəzdə görməli və gəzməli yerlərdə olmaq istəyirlər.
Amma işin digər tərəfi ondan ibarətdir ki, gələn turistlərin əksəriyyəti 3 gecə 4 günlük gəlir.
Onlar birinci gəldikləri gün yorğun olurlar, hava limanından otelə transfer olunur.
İkinci gün Bakı şəhər turu, üçüncü gün Bakı ətrafı, Qobustan, palçıq vulkanları, yanar dağ, qala dövlət qoruğu, atəşgah məbədi gəzilir.
Nəticədə 3 gün bitir, dördüncü gün isə qonaq biraz shopping edərək öz ölkəsinə yola düşür”.
Bu sözləri turizm eksperti Əziz Şiriyev SİA-ya açıqlamasında deyib.