Icma.az, Mia.az portalına istinadən məlumat verir. “Qarabağ” Futbol Klubunun (FK) Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin 3-cü turu çərç
Mia.az xəbər verir ki, bu mərhələdə oyun cədvəlində “Qarabağ” 6 xalla 4-cü, “Atletik” isə heç bir xal qazanmayaraq 34-cü yerdə qərar turub.
Görəsən, “Atletik” ilk xalını “Qarabağ”la oyunda ala biləcəkmi? Cədvəldə 34-cü yerdə olmaq heç də “Atletik”in zəif olması demək deyil.
Əksinə, mia.az-ın əməkdaşının sualına cavabında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bildirib ki, “Atletik” zəif komanda deyil və onlar oyuna ciddi hazırlaşırlar: “İspanlar çox sürətli oyun nümayiş etdirirlər və buna hazır olmalıyıq”.
Ümumiyytlə, Qurbanov indiyə qədər heç bir rəqibi xəfifə almayıb. Turnir cədvəlindəki avantajlı yerə də çox güvənmək istəmir deyəsən.
Növbəti oyunlarda ən azı 12 xal qazanmaq lazımdı. Yeri gəlmişkən, oyun bu gün, saat 20.45-də başlayacaq.
Qurbanovun ispanlarla oyunda 32 yaşlı mərkəz müdafiəçisi Kevin Medinaya yönəlik hesablaması əslində anlaşılan deyil.
Düzdü, Medina meydanda istənilən mövqedə özünü rahat hiss edir. Onun əsas üstünlüyü sol ayaq oyunudu. Amma Medina cəld və dözümlüdürmü?