Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Artıq özümüzü KTMT-dən kənarda hesab edirik".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, Rusiya prezidenti Vladimir Putinin KTMT-nin Qarabağda döyüşə bilməyəcəyini və Ermənistana heç bir hücumun olmadığını deməsi ilə bağlı çıxış edən deputat Davit Karapetyana belə cavab verib: "Dedik ki, dediyiniz qırmızı xətt keçilib.
Bizə dedilər ki, sərhəd nədənsə delimitasiya olunmayıb. Biz dedik ki, çox yaxşı.
Bu xəritə, bu karandaşla Ermənistanda KTMT-nin məsuliyyət zonasının hara getdiyini göstərin.
Bunu bizə göstərməyiblər və mən də öz reaksiyamı açıq şəkildə dedim: əgər Ermənistanda KTMT-nin məsuliyyət zonası yoxdursa, o xətt göstərilə bilmirsə, deməli KTMT təşkilat olaraq mövcud deyil.
2022-ci ilin payızında İrəvan sammitində iştirakdan imtina etməyimin səbəbi də bu idi".
Sənədlərin imzalanması ilə bağlı bəyanata toxunan Paşinyan xatırladıb ki, Ermənistan KTMT-nin fəaliyyətində iştirakının dondurulduğunu elan edib: "Burada Qarabağla bağlı məsələ tamamilə yersizdir.