Özün donundan gözəl, donun özündən, ay qız... Günün şeiri

14.05.2025

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün şair Səhər Əhmədin doğum günüdür. Kulis.az bu münasibətlə müəllifi təbrik edir və "Günün şeiri" layihəsində onun məşhur şeirini təqdim edir.

Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır,
Qara gözündən, ay qız?
Yoxsa zalım atan var,
Yoxsa sevib atan var,
Bəlkə, xəstə yatan var,
Sənin üzündən, ay qız?
Bu nə dondu, geymisən,
Məcnun olsa, Leylisən.
Bilirəm, gileylisən,
Alın yazından, ay qız.
Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.

Şir - Yevgeni Zamyatinin hekayəsi Bakı - mənim ilk müəllimim - Kamal Abdulla 7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью