Özündən 18 yaş kiçik müğənni ilə evlənir FOTO

05.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

FTB direktoru Keş Patel və kantri müğənnisi Aleksis Uilkins münasibətlərini rəsmiləşdirmək niyyətində olduqlarını açıqlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, 27 yaşlı Uilkins sosial şəbəkədə üzük barmağında üzük olan fotosunu paylaşaraq nikahın qeydiyyata alınması ilə bağlı paylaşım edib.

Patel isə posta ürək və üzük emojiləri ilə cavab verib.

Cütlüyün nikahının hüquqi baxımdan rəsmiləşib-rəsmiləşmədiyi hələlik məlum deyil. ABŞ mediası paylaşımı nişan elanı kimi qiymətləndirib.

46 yaşlı Patel ilə Uilkinsin münasibətlərinin 2023-cü ilin yanvarında başladığı bildirilir. Uilkins 2024-cü il prezident seçkilərindən əvvəl Donald Trampı dəstəkləyən mahnılar yazdırıb.

Murad İsmayıl

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью