Icma.az bildirir, Yenisabah portalına istinadən.
Türkiyəli aktyor Güven Kıraç özündən 35 yaş kiçik sevgilisi Merve Topugil ilə ailə qurub.
“Yeni Sabah” xəbər verir ki, “Vizontele”, “Behzat Ç.” və “İnci Taneleri” kimi layihələrlə tanınan aktyor dörd ildir birlikdə olduğu sevgilisi ilə sadə nikah mərasimi keçirib.
Cütlüyün evlənməsi aktyorun Baba Sahne teatrında keçirilən “Uçurtmanın Kuyruğu” tamaşasının qala gecəsində iştirakından sonra üzə çıxıb. Marqarita pizza
Qeyd edək ki, Güven Kıraç ötən ilin iyununda Kardeş Türküler qrupunun konsertinə Merve Topugil ilə birlikdə qatılıb və onu ətrafındakılara “həyat yoldaşım” deyə təqdim edib.