Özündən sonra həyat yoldaşı da işdən çıxarıldı

29.08.2026

Icma.az, Bakupost saytına istinadən bildirir.


Avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib.


"Bakupost" Bizim.Media-ya istinadən xəbər verir ki, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib.

Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü ərizə ilə müraciət edib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsindən Elvira Hacıbalayevanın öz ərizəsi ilə vəzifəsindən azad olunduğu təsdiqlənib.

Məlumata görə, o, ötən gün kollektivlə vidalaşıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью