Özündən xəbəri olmayan sürücü ard arda 3 qayda pozdu VİDEO

26.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakıda ard-arda 3 qayda pozuntusu törədən sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Bünyad Sərdarov küçəsilə Həsən Seyidbəyli küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, 10-UC-874 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü sağ zolaqdan sola dönərək manevr qaydasını pozub. Dönən zaman isə yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməyib. Videodan da aydın şəkildə görünür ki, sürücü günün qaranlıq saatında nəqliyyat vasitəsinin işıq cihazlarını söndürərək hərəkət edib.

Sözügedən videonu təqdim edirik.

Fərid

bax.tvhttps://bax.tv/embed/229272.html

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью