Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Özünə 1000 sponsor tapdı - Dağılmaqdan xilas oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Perunun 4 qat çempionu “Deportivo Munisipal” maliyyə problemləri səbəbindən həvəskar liqaya düşdükdən sonra iflas təhlükəsi ilə üz-üzə qalıb.
QOL.az xəbər verir ki, klub çıxış yolu kimi azarkeşlərinə müraciət edib. Hər kəs 200 Peru solisindən (hazırkı məzənnə ilə 59 ABŞ dolları) başlayan məbləğ ödəməklə öz loqosunu komandanın formasında yerləşdirə bilib.
Bu təşəbbüs böyük maraqla qarşılanıb. Təxminən 1000 azarkeş sponsor aksiyaya qoşulub. Toplanan ən azı 59 min dollar vəsait klubun bir illik fəaliyyətini maliyyələşdirməyə kifayət edib.
Nəticədə “Deportivo Munisipal” cari mövsümdə üzəri müxtəlif şirkətlərin loqoları ilə tamamilə örtülmüş formalarla meydana çıxır.