Özünə 15, arvadına 9 il həbs verildi

05.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Moskvanın Meşçanski Məhkəməsi Soçinin keçmiş meri Aleksey Kopayqorodskini rüşvət alma, mənimsəmə və çirkli pulların yuyulmasında təqsirli bilərək 15 il müddətinə azadlıqdan məhrum edib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya KİV-in məlumatına görə, Kopayqorodski ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcək və 500 milyon rubl cərimələnib. O, həmçinin “Vətənə xidmətlərinə görə” II dərəcəli medaldan məhrum edilib.

Eyni iş üzrə onun həyat yoldaşı Yanina Kopayqorodskaya da 9 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın məlumatına görə, 2022-2024-cü illərdə Kopayqorodski həyat yoldaşının köməyi ilə Soçidə ümumi dəyəri ən azı 26 milyon rubl olan iki torpaq sahəsini mənimsəyib və kommersiya qurumlarının nümayəndələrindən 248 milyon rubl rüşvət alıb.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью