Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən yerli mətbuatda dərc olunan xəbərlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin aldığı aylıq maaşın məbləği məlum olub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı post tv-nin rəhbəri Samir Feyruzov hazırladığı video çıxışında bildirib. Jurnalist deyib ki, A.Rzayev nə az nə çox, 19 500 manat maaş alır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlasaq da, qurum suallarımızı cavablandırmayıb.
Qeyd edək ki, Anar Rzayev 2021-ci ilin 11 noyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
(yeni sabah)