“Özünə bənzərləri yetişdirəcək” Sonrakı taleyi bəlli oldu

23.07.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ukrayna Silahlı Qüvvələrinin (USQ) sabiq baş komandanı Aleksandr Sırski ölkənin Milli Müdafiə Universitetinin rəhbəri təyin oluna bilər”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Radanın deputatı Maryana Bezuqlaya özünün “Telegram” kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, əvvəllər ali təhsil müəssisəsinə faktiki olaraq Sırskinin dostu – korrupsiya skandallarına baxmayaraq, sabiq baş komandanın “himayə etdiyi” general-polkovnik Mixail Koval rəhbərlik edib:

“İstefaya göndərilən keçmiş müdafiə naziri Mixail Fedorov Sırskinin bu postа təyinatına icazə verməzdi. Əgər onun təyinatı baş tutarsa, bu halda Sırski özünə bənzərləri yetişdirməyə davam edəcək və USQ-nin yeni baş komandanı Mixail Drapatının işinə mane olacaq”.

Xatırladaq ki, Bundan əvvəl “RBC-Ukraina” nəşri yazmışdı ki, USQ baş komandanının dəyişdirilməsi Ukrayna ordusunda parçalanmaya gətirib çıxara bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью