Özünə iPhone 18 aldı, polis saxladı Oğurluq etdiyi iddia olunur

25.11.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Paytaxtın Binəqədi rayonunda gecə saatlarında bir neçə avtomobilin şüşəsi sındırılıb. Avtomobillərdən ümumilikdə 2 min manata yaxın nağd pul və 400 manat dəyərində maqnitofon oğurlanıb.

BAKU.WS DİN-ə istinadən xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə oğurluqları törədən N.Teymurov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, N.Teymurov oğurladığı pulla ilkin ödəniş edərən özünə "iPhone 18" markalı mobil telefon alıb.

Araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью