Özünə medal verən professor

08.05.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransada ədəbiyyat üzrə professor Florent Montaklerin  mükafat saxtakarlığı beynəlxalq qalmaqala çevrilib. 

“Cebheinfo.az” xəbər verir ki, Mari və Lui Paster Universitetində çalışan mütxəssis 2016-cı ildə Beynəlxalq Filologiya Assosiasiyası adından Filologiya üzrə Qızıl Medal alıb. Bu medal ona Fransa Milli Assambleyasında keçirilən mərasimdə təqdim edilib. 

Nobel mükafatına bənzədilən mükafatın daha əvvəl Umberto Eko kimi simalara verildiyi irəli sürülüb. Lakin 2018-ci ildə rumıniyalı akademik Yevgen Simionun da eyni mükafata layiq görülməsi ölkədə diqqəti cəlb edib. 

Rumıniyalı jurnalistlər mükafatı araşdırıblar. Məlum olub ki, assosiasiya ilə əlaqəli olduğu iddia edilən Amerika universiteti mövcud deyil. 

Bu qurumlar sadəcə Fransadan idarə olunan veb saytlardan ibarətdir. Fransa prokurorları professorun medalı Parisdəki bir zərgərdən alması və sonradan ona təhvil verməsi ilə bağlı araşdırma başladıblar. 

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью