Özünəhörmət, mədəniyyət çatışmazlığı... Səbəbsiz siqnal verən şəxsləri qanunla cərimə gözləyir

09.07.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Yollarda tez-tez səs siqnallarından istifadə edən sürücülərlə qarşılaşırıq. Başqa bir sürücüyə olan qəzəbini siqnalla qusan, yolu keçən piyadaya səbəbsiz yerə siqnal verən çox sayda sürücü var.Bəs siz avtomobil siqnallarının əhəmiyyətini, onlardan nə üçün istifadə etməli olduğunuzu və etməməli olduğunuzu bilirsinizmi?

Avtomobil siqnalları niyə vacibdir? Sürücülər yollarda olarkən əsasən vizual görüntülərə güvənirlər. Amma bəzən vizuallar kifayət etmir. Məsələn; kor döngələrdə naviqasiya və ya dumanlı şəraitdə avtomobil idarə etmək, sizin mövcudluğunuz və ya potensial təhlükələr barədə digər istifadəçiləri xəbərdar etmək üçün səsdən istifadə etməyin zəruriliyini təmin edir.

Avtomobil siqnallarından yalnız digər yol istifadəçilərini qaçılmaz təhlükə barədə xəbərdar etmək və avtomobil hərəkətdə olarkən - mahiyyətcə xəbərdarlıq sistemi kimi istifadə edilməlidir.

Avtomobilinizlə bir döngədə hərəkət edirsinizsə, digər sürücülərə varlığınız barədə xəbərdarlıq etməlisiniz. Və yaxud dumanlı şəraitdə potensial qəzanın qarşısını almaq üçün digər sürücülərə və ya piyadaya təhlükə barədə xəbərdarlıq etmək üçün səs siqnalından istifadə edə bilərsiniz.

Avtomobilinizin siqnalından qanundan kənar istifadə etdiyiniz zaman digər yol istifadəçiləri üçün təhlükəyə yol aça bilərsiniz. Qeyd edək ki, ehtiyac olmadığı təqdirdə, digər sürücüləri və piyadaları çaşdıra biləcək bir halda səs siqnalından istifadə etmək Yol hərəkəti haqqınında qanunun 73-cü maddəsi ilə tənzimlənir.Xətalar Məcəlləsinin 329.3. maddəsinə görə, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə nəzərdə tutulub.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью