“Özünəinama ehtiyacım var”

29.09.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Braziliya milli komandasının və “Real”ın (Madrid) hücumçusu Vinisius Junior Avstraliya ilə yoldaşlıq görüşündə (4:2) yerinə yetirdiyi penalti zərbəsinin təfərrüatlarını paylaşıb.

Futbolpress.az xəbər verir ki, Karlo Ançelottinin rəhbərlik etdiyi “sambaçılar”ın növbəti qələbəsini qazandığı matçda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Vinisius bu imkanı ona komanda yoldaşı Bruno Gimarayşın yaratdığını bildirib.

Milli komandanın əsas penaltisçisi olan Rafinya sağ budundakı narahatlığı səbəbindən fasilədə əvəzlənib. Bu məqamda zərbəni vurmalı olan Gimarayş topu Vinisiusa həvalə edib. 26 yaşlı vinger həmin anı belə şərh edib:

“Rafinya meydanda olmayanda penaltiləri adətən Bruno Gimarayş vurur və bu dəfə də onun yaxınlaşacağını düşünürdüm. Lakin Bruno bilir ki, yaşadığım çətin dövrdə mənim bir az özünəinama ehtiyacım var. Bu jesti üçün ona minnətdaram”.

Qarşılaşmadan sonra açıqlama verən baş məşqçi Karlo Ançelotti təcrübəli hücumçunun zəhmətini təqdir etsə də, Vinisiusun hələ ki özünün ən yaxşı idman formasında olmadığını gizlətməyib. Milli komandada vurduğu qolla psixoloji üstünlük qazanan braziliyalı ulduz bu özünəinamı “Kral klubu”ndakı çıxışına da daşımağı hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью