Özünü “Co Baydenin əri” adlandırdı VİDEO

23.11.2024

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin hazırkı Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı özünü “Baydenin əri” adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının çıxışı “C-SPAN” telekanalı vasitəsilə canlı yayımlanıb.

“Mən Co Baydenin əriyəm. Bu, mənim ən qürur duyduğum tituldur”, - deyə ABŞ lideri qonaqları salamlayaraq bildirib.

Siyasətçi, həmçinin həyat yoldaşı Cil Bayden haqqında danışaraq onu sevdiyini söyləyib.

Qeyd edək ki, Co Bayden bir müddət əvvəl Ukrayna lideri Volodimir Zelenskini “Prezident Putin” kimi təqdim etmişdi. O, Vaşinqtonda NATO sammiti çərçivəsində Zelenskini səhnəyə dəvət edərkən bu səhvə yol vermişdi. Səhvini dərhal anlayan ABŞ lideri bunu “fikrini Putin üzərində qələbəyə həddindən artıq yönəltməsi” ilə əsaslandırmışdı.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью