Özünü də zədələdi, komanda yoldaşını da

28.11.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özünü də zədələdi, komanda yoldaşını da

"Betis"in klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Utrext"lə (Niderland) matçda kuryoz halla üzləşib.

QOL.az xəbər verir ki, İspaniya klubunun aparıcı üzvləri İsko və Sofian Amrabat toqquşub.

Matçın 3-cü dəqiqəsində Amrabat qüvvətli zərbə ilə topu qapıya vurmaq istəyərkən futbolçuların ayaqları bir-birinə dəyib. Nəticədə onların hər ikisi zədələnib və oyunu davam etdirə bilməyiblər.

Qeyd edək ki, "Betis" - "Utrext" qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью