Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 8-də, paytaxtın İzzəddin Həsənoğlu küçəsində qeydə alınıb. Belə ki, 90-TV-788 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü geriyə dönmə yerinə qədər yol qət etməmək üçün qaydaları pozmağı seçib. O, qoşa xəttin üzərindən sola dönərək kobud qayda pozuntusu törədib.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid