Özünü güllələyən Pirimov öldü

18.06.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yevlax rayonunda ölüm hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Mingəçevir şəhər sakini Əjdər Pirimov Yevlax rayonunun Əkşəm kəndində yerləşən ata evində güllə yarasından aldığı xəsarət nəticəsində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Ə.Pirimov ov tüfəngi ilə özünü güllələyib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью