Özünü imam adlandıran filankəs... Mehdi Xocalıda doğuldu | Icma.az
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kulis.az Nadir Yalçının "Mehdi Xocalıda doğuldu" yazısını təqdim edir.
09:43-də saytda bu başlıqla xəbər gördüm: “Azərbaycana dənizlə narkotik gətirən iranlı balıqçılar saxlanılıb”. Nəsə adama qəribə gəlir.
Dəniz, balıq, balıqçı... və narkotik. Uşaq vaxtından balıqçılıq maraqlı, ziyansız peşə kimi görünüb.
Romanlarda, kinolarda təqdim olunan balıqçı obrazı da bu mübhəmliyə xidmət edib.
Lakin görünür, axan su da həmişə təmizliyə, paklığa xidmət edə bilmir, əgər qoynunda nadürüst qayıqlar üzürsə...
Texnologiya qarşında eyni anda üç-dörd pəncərə açır deyə, bir şey haqqında ətraflı düşünməyə macal tapmırsan, nəzərini nəsnələr arasında mütənasib bölüşdürə bilmirsən.
“Qəhrəman” balıqçılar xəbərinin ab-havasından ayılmamış, digər xəbərin ilk cümləsini oxudum: “İşğaldan azad edildikdən sonra Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib”.Uşağa babasının adını veriblər: Mehdi.
Tam oxu
Xəbəri oxu