“Özünü Kenandan daha dəyərli görürsən?” “Yuventus”dan Vlahoviçə sərt cavab

06.06.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Duşan Vlahoviçlə “Yuventus” arasında yeni müqavilə danışıqları nəticəsiz qalıb.

Apasport.az xəbər verir ki, serbiyalı hücumçu Turin klubunun son təklifini qəbul etməyib.

"TuttoMercato"nun məlumatına görə, “Yuventus” Vlahoviçə illik 6 milyon avro maaş və əlavə 1 milyon avro bonus təklif edib.

Lakin 26 yaşlı forvard bu təklifi rədd edərək illik 8 milyon avro tələb edib.

“Yuventus” rəhbərliyinin isə futbolçunun bu istəyinə sərt reaksiya verdiyi bildirilir. Klub rəsmiləri Kenan Yıldızın illik 7 milyon avro qazandığını xatırladaraq Vlahoviçə “Özünü Kenandan daha dəyərli hesab edirsən?” cavabını veriblər.

Bu vəziyyətdən sonra tərəflər arasında danışıqların çətinləşdiyi qeyd olunur.

Qeyd edək ki, Duşan Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.

“Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər İraola üçün çətin başlanğıc – “Liverpul” transferdə xərcləri azaldır “Ayntraxt”dan yeni mövsümə xüsusi forma - FOTO Leaodan ayrılıq siqnalı – Premyer Liqa və La Liqanı istəyir “Beşiktaş”da yeni hədəf – Yeni məşqçi Laurinteni istəyir
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью