Özünü polkovnik kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda 13 nəfərə qarşı dələduzluq edərək onların 600 min manatdan artıq pulunu ələ keçirmiş Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Samir Nəsibova hökm oxunub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il həbs cəzası verilib.
S.Nəsibov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, S.Nəsibov paytaxtın Yasamal rayonu, Xiyabani küçəsində bərbərxanada saç ustası işləyib.
O, 2023-cü ildən telefon satışı biznesinə başlayıb və bir neçə tanışını bu işə cəlb edib.
Samir, həmçinin yeni tanış olduğu şəxslərə özünü "polkovnik" kimi təqdim etməklə külli miqdarda pul alıb.
O, inandırıcılığı artırmaq üçün həmin şəxslərdən birinə evlilik də təklif edib.
Tam oxu
Xəbəri oxu