Özünüməşğulluq proqramına beş yeni istiqamət əlavə edilib

15.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər əlavə olunub.

"Report" xəbər verir ki, siyahıya “Qəssab dükanı”, “Kotançılıq”, “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”, “Avtorazval xidmətləri” istiqamətləri daxil edilib.

Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir.

Həmçinin proqram çərçivəsində təklif olunan digər zərflərin tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью