Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rok musiqisinin əfsanəvi festivallarından biri uzun fasilədən sonra yenidən səhnəyə qayıdır.
Kulis.az xəbər verir ki, Ozzi və Şeron Ozbornun yaratdığı Ozzfest 2027-ci ildə Böyük Britaniya, ABŞ və Meksikada keçiriləcək.
Festivalın ilk tədbiri iyulun 10-da Böyük Britaniyanın Milton Keynes şəhərindəki "National Bowl" arenasında baş tutacaq. Sentyabrın 11-də Kaliforniyanın San-Bernardino şəhərindəki "Glen Helen Amphitheater" səhnəsi metal həvəskarlarını qəbul edəcək. Sentyabrın 18-də isə Ozzfest tarixində ilk dəfə Mexiko şəhərində, "Estadio GNP Seguros" arenasında keçiriləcək.
Bu, festivalın 2018-ci ildən sonrakı ilk böyük qayıdışıdır. Ozzfest 1996-cı ildə yaradılıb və Korn, Slipknot, System of a Down, Disturbed və bir çox başqa qrupların beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayıb.
2027-ci il festivalı Ozzi Ozbornun 2025-ci ildə vəfatından sonra keçiriləcək ilk Ozzfest olacaq. Tədbirlərin proqramını Şeron Ozborn formalaşdıracaq. İştirak edəcək qrupların siyahısı isə yaxın aylarda açıqlanmalıdır.
"Qal, sənə qurban" xalq mahnısıdır, yoxsa... - TARİXÇƏ Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu