PA nın şəbə müdiri: Siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb | Icma.az
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"“Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra radikal müxalif mövqedən çıxış edən partiyaların qeyd etdiyi kimi, siyasi partiyaların yenidən qeydiyyatı tələb olunmayıb, sadəcə, üzvlərinin reyestrinin təsdiqi, nizamnamə və proqramlarının yeni qanuna uyğunlaşdırılması məsələləri ortaya çıxıb.Reyting.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.Prezident Administrasiyasının şöbə müdiri deyib ki, yeni qanunun tələblərinə uyğun olaraq Ədliyyə Nazirliyinə müraciət etmiş 26 siyasi partiyanın üzvlərinin reyestrləri qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq edilib: “Bu prosesdə 31 siyasi partiya dövlət siyasətini dəstəkləyən bəyanatlar verərək özlərini buraxdıqlarını bildiriblər.
Tələb olunan sayda üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etmədiklərinə görə Azad Demokratlar Partiyası (sədr Sülhəddin Əkbər) və Azadlıq Partiyası (sədr Əhməd Oruc) məhkəmə qaydasında ləğv olunub”.Prezident Administrasiyasının rəsmisi deyib ki, yeni qanuna əsasən növbəti mərhələdə, 26 siyasi partiya Nizamnamə və Proqramlarını yeniləyərək Ədliyyə Nazirliyinə təqdim edib: “Hər il 15 yanvar tarixinədək partiyalar Ədliyyə Nazirliyinə yoxlanılmış siyahıları təqdim etməlidir.
Təqdirəlayiq haldır ki, bu məsələ ilə bağlı ciddi çətinlik yaşanmayıb. Odur ki, reyestrlə bağlı olan bütün qərəzli şərhlər əsassızdır.
Hər kəs bilməlidir ki, bu rəqəmlərin arxasında böyük əmək və siyasi iradə dayanıb.
Onilliklər ərzində donmuş şəkildə saxlanılmış siyasi partiyalar ilə bağlı qanunvericilik bazasında nəhayət ki, islahatlar baş verdi.
Zaman keçdikcə hər kəs onun şahidi oldu ki, Prezidentin təşəbbüsü ilə reallaşan bu islahatlar siyasətdə sağlam və peşəkar münasibətlərin bərqərar olunmasına və ölkənin siyasi sisteminin qorunmasına xidmət edir”.Prezident Administrasiyasının şöbə müdiri yeni siyasi konfiqurasiya ilə əlaqədar qərəzli yanaşmalara da diqqət çəkib: “Bəzən sosial şəbəkələrdə elə mənzərəyə şahidlik edirik ki, “konfiqurasiya” sözünün mənasını bilməyən və bu sözü hətta doğru tələffüz edə bilməyən “siyasətşünaslar” “yeni siyasi konfiqurasiya”dan danışırlar.
Beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə, habelə daxildən və xaricdən yaradılan süni maneələrə rəğmən əminliklə deyə bilərik ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə şahidlik edirik.
Tam oxu
Xəbəri oxu