PA rəsmisi: Siyasi dialoq mühitinin bərqərar olunması ilə bağlı ali siyasi iradə mövcuddur…
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İlk dəfə 26 siyasi partiyadan 25-i seçkidə namizədlərlə iştirak edib “Siyasi dialoq mühitinin bərqərar olunması ilə bağlı ali siyasi iradə mövcuddur”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.
Şöbə müdiri deyib ki, 2024-cü ildə baş vermiş önəmli hadisələrdən biri də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilər olub: “Müstəqillik tariximizdə, o cümlədən parlament tariximizdə ilk dəfə olaraq 26 siyasi partiyadan 25-i seçkidə namizədlərlə iştirak etmiş, iştirakçılıq 99% olub.
Həmişəki kimi bu seçkilərdə də irrasional davranış nümayiş etdirən və aqressivliklə özünü kənara çəkən yalnız Xalq Cəbhəsi Partiyası olub.
Müqayisə üçün qeyd etməliyəm ki, 2020-ci il parlament seçkilərində iştirakçılıq təxminən 3 dəfə az ¬– 36,4% olmuş, 62 siyasi partiyadan cəmi 20 siyasi partiya seçkidə iştirak edib.
Bundan əlavə, parlament seçkilərində qeydiyyata alınmış 991 namizəddən 305 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülmüş və onlar bütün namizədlərin 30,7%-ni təşkil edib.
2020-ci il parlament seçkilərində isə 246 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb və onlar bütün namizədlərin 18,7%-ni təşkil edib”.
Tam oxu
Xəbəri oxu