PA rəsmisi: Sülhə nail olmaq çətin prosesdir

17.09.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanla sülh prosesinin çətin olduğunu, lakin ölkəsinin sülhə sadiq qaldığını bildirib.

Teleqraf xəbər verir ki, bunu Hikmət Hacıyev Dubayda keçirilən Ərəb Media Sammitində "Euronews"un forum panelində çıxışı zamanı deyib.

"Biz müharibəni qazandıq amma sülhü də qazanırıq. Bu, çətin bir prosesdir", - H. Hacıyev bildirib.

O qeyd edib ki, Ermənistandakı və erməni diasporundakı revanşist qüvvələr hələ də güclüdür və tarixi sülh prosesinə mane olmağa çalışırlar.

Hikmət Hacıyev Ermənistan hökumətinin və rəhbərliyinin öz xalqını sülhə hazırlamaq üçün də çalışmalı olduğunu vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью