Pablo Eskobarın düşmənləri Moskvada 570 kilo kokainlə tutuldu

06.12.2024

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Moskva vilayətində FTX tərəfindən 570 kiloqram kokainlə saxlanılan əcnəbilərin məşhur kolumbiyalı narkobaron Pablo Eskobarla düşmənçilik edən narkokartelin üzvləri olduğu ortaya çıxıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, nümayəndələri Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan “Kali” karteli ABŞ bazarlarında Pablo Eskobarın “Medellin” karteli ilə rəqabət aparıb. Rəqabət müharibə ilə başa çatıb. Bu proseslər ən aydın şəkildə 80-90-cı illərdə özünü göstərib və hələ də davam edir.

Hətta bir dəfə Eskobarın göstərişi ilə “Kali”nin rəhbərini stadionda olarkən öldürməyə cəhd ediblər. Belə ki, həmin vaxt onun yerləşdiyi stenddə pulemyotdan atəş açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью