Pablo Pikassonun oğurlanmış qravürası səkkiz ildən sonra tapılıb

17.08.2026

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1949-cu ildə Pablo Pikasso tərəfindən yaradılmış “Torero” adlı qravüra səkkiz il əvvəl oğurlandığı Miluoki şəhərindəki qalereyadan sonra evakuasiya edilmiş mənzildə aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, yerli sakin Tim Derts boş qalmış mənzili təmizləyərkən sənət əsərini tapıb və onu polis bölməsinə təhvil verib.

2018-ci ilin fevralında Miluokidə Bill DeLindin qalereyasından oğurlanan qravüranın çərçivəsinin arxa hissəsində DeLind Fine Art Appraisals qalereyasının orijinal etiketi də qalıb.

“Şoka düşdüm. Söz tapa bilmirdim. Bu, mənim üçün inanılmaz bir an idi”, – qalereyanın sahibi Bill DeLind bildirib.

Onun sözlərinə görə, fevral ayında vəfat edən keçmiş biznes tərəfdaşı oğurluğun ildönümündə hər il polisə zəng edərək axtarışların yenidən başlanmasını xahiş edirmiş.

DeLind bildirib ki, oğurluq baş verdiyi il sənət əsərinin dəyəri 35-50 min dollar arasında qiymətləndirilirdi.

Miluoki Polis Departamentinin məlumatına görə, qravüra hazırda hüquq-mühafizə orqanlarının nəzarətindədir. Qalereyanın müştərisi sığorta şirkəti ilə bağlı rəsmiləşdirmə işlərini yekunlaşdırdıqdan sonra əsərin taleyi müəyyənləşəcək.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью