Icma.az, Apasport portalına istinadən məlumat verir. “Kəpəz”in hücumçusu Paçu Lira apasport.az saytına müsahibə verib.
- “Sabah”a qarşı matç haqda fikrin necədir? Rəqibiniz güclü komanda olsa da, məğlub olmadınız. Matçı necə şərh edərdin?
- Çox çətin və fiziki cəhətdən güc tələb edən matç oldu. Lakin biz güclü komandaya qarşı mübarizə aparıb evimizə bir xal götürə bildik.
Bu da sevindirici haldır. Çünki “Sabah” həqiqətən güclü komandadır və onların necə oynadığını bilirdik.
Yaxşı hazırlaşıb, yaxşı mübarizə aparıb xal qazandıq. - “Neftçi”ni məğlub etdiniz, "Sabah"la bərabərə qaldınız.
Bu, demək olar ki, "Kəpəz"in gücünü göstərir. Sadəcə turnir cədvəlində son pilləsindəsiz. Layiqli yerdə deyilsiz? - Bəli, mütləq belədir.
Biz layiq olduğumuz yerdə deyilik. “Kəpəz” bu günkü gündə qələbə qazanmaq və bu vəziyyətdən çıxmaq üçün alışıb-yanır.
Bilirik ki, hər oyunda komanda olaraq daha da güclənirik və doğru yoldayıq. İnanıram ki, hər şey daha da yaxşı olacaq.