Pafos məğlub oldu, Murad Məmmədov isə...

24.07.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gecə UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin üzvü Murad Məmmədovun çıxış etdiyi Kipr "Pafos"u da növbəti oyununa çıxıb.

Həmyerlimizin yeni komandasında debütü alınmayıb. Murad komandasının səfərdə 0:2 hesabı ilə uduzduğu matçda sonadək ehtiyatda qalıb.

Tərəflər arasında cavab görüşü 30 iyulda Limassolda baş tutacaq.

Murad Məmmədov "Pafos"a ötən ay "Neftçi"dən transfer olunub. Kipr klubu gən vingerlə "3+1" illik müqavilə imzalayıb.  

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью