Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Neftçi”nin vunderkindi Murad Məmmədovun yayda “Pafos”a keçəcəyini xəbər vermişdk. Gənc vinger Cənubi Kiprə nə vaxt yollanacaq, bileti alınıbmı?
Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova bu haqda “Football-plus.az”a məlumat verdi:
“İyunun ortalarında Kiprə yollanacaq. Konkret gün bəlli deyil. Murad üçün təqdimat mərasimi də nəzərdə tutulur”.
MÜZƏFFƏR QULUZADƏ