Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Kipr Superkubokunun qalibi müəyyənləşib.
İdman.Biz xəbər verir ki, final qarşılaşmasında “Pafos” və “Omoniya” komandaları üz-üzə gəlib.
Görüş “Pafos”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Lele tərəfindən vurulub.
Qeyd edək ki, azərbaycanlı futbolçu Murad Məmmədov qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.