Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Kipr təmsilçisi "Pafos" Murad Məmmədovun transferini rəsmən açıqlayıb.
20 yaşlı cinah oyunçusu ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
2006-cı il aprelin 26-da anadan olan Murad “Pafos”a “Neftçi”dən keçib. Klubun açıqlamasında bildirilib ki, gənc yaşına baxmayaraq, futbolçu artıq həm ölkədaxili, həm də beynəlxalq səviyyədə dəyərli təcrübə qazanıb və Azərbaycan futbolunun ən perspektivli istedadlarından biri hesab olunur.
“Neftçi” akademiyasının yetirməsi olan Murad klubun inkişaf sistemindən keçərək əsas komandaya yüksəlib.
“Pafos”un bəyanatında bu transferin klubun gənc istedadlara yatırım etmək, gələcəyi qurmaq və futbol fəlsəfəsinə uyğun inkişaf potensialı olan oyunçularla heyəti gücləndirmək strategiyasının bir hissəsi olduğu vurğulanıb.
Klub sonda Murad Məmmədovu Cənubi Kiprdə salamlayaraq ona yeni komandasında uğurlar arzulayıb.