“Pafos”dan Murad Məmmədov barəsində “ambisiyalı” paylaşım FOTO

02.07.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kiprin “Pafos” öz rəsmi sosial şəbəkə səhifəsində azərbaycanlı fubolçu Murad Məmmədovla bağlı paylaşım edib.

İdman.Biz bildirir ki, klub Məmmədovun portuqaliyalı David Luislə birgə şəklini paylaşıb.

Paylaşıma isə “Təcrübə ambisiya ilə qarşılaşanda” adı qoyulub. Burada 39 yaşlı portuqaliyalının təcrübəsinə və 20 yaşlı Məmmədovun ambisiyasına işarə vurulub.

View this post on Instagram

A post shared by Pafos FC Official (@pafosfc)

“Pafos” ötən ay 20 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Məmmədov Azərbaycan U-21 millisinin üzvüdür.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью