futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Braziliyanın “Flamenqo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Vest Hem”dən Lukas Paketanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə müqavilənin detalları açıqlanmayıb.
“Flamenqo” Paketa üçün 42 milyon avro ödəyəcək. Bu, Braziliya futbolu tarixində yerli klubun etdiyi ən yüksək məbləğli transferdir.