Pakistan 2025 ci ildə ən çox çirklənmiş ölkə seçilib

22.07.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistan 2025-ci ildə PM2.5 səviyyəsinin təhlükəsiz hədləri aşdığı üçün Banqladeş və Tacikistanı geridə qoyaraq qlobal reytinqdə birinci yeri tutub.

Bakıvaxtı.az "NDTV"yə istinadən xəbər verir ki, bu, İsveçrənin hava keyfiyyətinin monitorinqi şirkəti "IQ Air"in illik hesabatında yer alıb.

Hesabata görə, Pakistanda PM2.5 kimi tanınan təhlükəli kiçik hissəciklərin konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi səviyyədən 13 dəfə yüksək olub.

Ümumilikdə, monitorinq edilən 143 ölkə və ərazidən 130-u ÜST-ün təlimatlarına cavab verməyib. Ən çox çirklənmiş ərazilərin siyahısında ikinci və üçüncü yerdə Banqladeş və Tacikistan qərarlaşıb.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью