Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

03.03.2026

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Pakistanda son dörd gün ərzində 389 əfqan qaçqın saxlanılaraq Əfqanıstana təhvil verilib.

AZƏRTAC Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, onlar ölkənin cənubundakı əsas sərhəd məntəqəsi olan Qəndəhar əyalətindəki Spin Boldak keçid məntəqəsi vasitəsilə Əfqanıstan hökumətinə təhvil verilib.

Bildirilir ki, Pakistan hakimiyyəti əfqan qaçqınların saxlanılması və geri qaytarılması istiqamətində tədbirləri gücləndirib. Bu addımlar sərhəddən keçid hərəkətinin tənzimlənməsi və qaçqınların nizamlı şəkildə geri dönüşünün təmin olunması məqsədi daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью