Pakistan ABŞ dan qalxan təyyarəni qəbul etmədi

13.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 10-da Pakistanın imtina etməsindən sonra iranlı qaçqınların olduğu təyyarə yenidən Arizonaya qayıdıb.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

Məlumata görə, ABŞ Miqrasiya və Gömrük Xidmətinə məxsus çarter təyyarəsi səhər saat 5 radələrində Mesadan havaya qalxıb, ancaq 30 dəqiqədən sonra istiqamətini dəyişərək əvvəlki təyinat yerinə geri dönüb.

Təyyarədə olan 11 iranlı qaçqının həbsxanaya köçürüldüyü bildirilib.

Pakistan hökuməti hələlik təyyarəni qəbul etməkdən imtina etməsinin səbəbini açıqlamayıb. Daha əvvəl Pakistan Xarici İşlər Nazirliyi ABŞ-ın öz ərazisindən istifadə edərək miqrantları İran və Əfqanıstana deportasiya etmək planının nəzərdən keçirildiyini açıqlamışdi.

”Təyyarədəki sərnişinlərin deportasiyası ilə bağlı qəti qərar qəbul olunub. Təyyarədəki bəzi şəxslərin narkotik qaçaqmalçılığı, məişət zorakılığı və qanunsuz silah saxlama da daxil olmaqla cinayət əməlləri olub”, - ABŞ Daxili Təhlükəsizlik Departamentindən bildirilib.

Amerika İranlıları Hüquq Müdafiə Fondu qaçqınların deportasiyasını tənqid edib və onların İranda həyatlarının təhlükəyə atıldığı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, 2025-ci ilin sentyabrından 2026-cı ilin yanvarına qədər yüzdən çox iranlı üç reyslə ABŞ-dan İrana qaytarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью