Pakistan ABŞ dən 10 milyard dollarlıq yardım istəyib

22.07.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Pakistan nağd pul çatışmazlığı fonunda ABŞ-dən 10 milyard dollarlıq yardım istəyib.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, Pakistan ABŞ maliyyə naziri Skott Bessentə ünvanladığı sorğuda  Vaşinqtondan 10 milyard dollar dəyərində və 5 ilə qədər müddətə "İkitərəfli Mübadilə Sabitliyinə Dəstək Mexanizmi" istəyib. 

Məlumata görə, ABŞ bu istəyi təsdiqləsə, bu imkan nağd pul çatışmazlığı olan Cənubi Asiya iqtisadiyyatı üçün bir xilas yolu ola bilər. İslamabad Beynəlxalq Valyuta Fondu proqramına uyğun olaraq,  bu yardım paketi Pakistanın ehtiyatlarını gücləndirəcək və çoxtərəfli maliyyələşdirmədən asılılığını azaldacaq. 

Hələlik ABŞ məsələ ilə bağlı heç bir açıqlama verməyib. 

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью