Pakistan antiterror əməliyatı keçirdi xeyli sayda terrorçu öldürülüb

26.04.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu barədə "Geo TV" kanalı İslam Respublikasının silahlı qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə Qurumlar arası Xidmətinə (ISPR) istinadən məlumat verib.
Bildirilir ki, Pakistan hərbçilərinin hədəfi ölkədə qadağan edilmiş "Fitna əl-Xavaric" qruplaşmasının ekstremistləri olub ki, bu qruplaşma əvvəllər "Təhriki Talibani Pakistan" ("Pakistan Taliban Hərəkatı") kimi tanınırdı.
ISPR-in məlumatına görə, döyüşçülərlə şiddətli toqquşma zamanı Pakistan ordusu altı terrorçunu məhv etməyə və daha dördünü yaralamağa müvəffəq olub. Hazırda atışma baş verən ərazidə təmizləmə əməliyyatı davam edir. Hərbi idarə vurğulayır ki, Pakistan hərbçiləri arasında itki yoxdur.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью