Pakistan aviaşirkətinin paylaşdığı poster qalmaqala səbəb olub

12.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Pakistan Beynəlxalq Hava Yolları (PIA) şirkəti reklam məqsədilə təyyarənin Eyfel qülləsinə çırpılmasını əks etdirən elan yerləşdirib.

Oxu.Az xəbər verir ki, poster birmənalı qarşılanmayıb, hətta bəziləri onu Nyu-Yorkda 11 sentyabr terror aktları ilə müqayisə ediblər.

Qeyd edək ki, Pakistan dövlətinə məxsus Pakistan Beynəlxalq Hava Yolları Avropa İttifaqının aviasiya təhlükəsizliyi agentliyinin təhlükəsizlik standartları ilə bağlı dördillik qadağanı aradan qaldırmaq qərarından sonra qitəyə birbaşa uçuşları bərpa edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью