Pakistan Baş naziri: Hindistanla danışıqlar üçün neytral məkan bu ölkə ola bilər

22.05.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

“Səudiyyə Ərəbistanı Pakistan və Hindistan arasında kritik məsələlər üzrə danışıqlar üçün neytral məkan ola bilər”.

Teleqraf xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif deyib.

Baş nazir Çinin neytral məkan olması ehtimalını istisna edərək, Hindistanın bununla heç vaxt razılaşmayacağını deyib. Ş.Şərif Səudiyyə Ərəbistanının hər iki tərəfin danışıqlar aparmaq üçün razılaşa biləcəyi üçüncü ölkə ola biləcəyinə ümid etdiyini bildirib.

Hindistanla mümkün müzakirə mövzularına gəlincə, Pakistan Baş naziri qeyd edib: “Pakistan-Hindistan danışıqlarında Kəşmir, su, ticarət və terror əsas məqamlar olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью