Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Pakistan qarşılıqlı hücumların davam etdiyi Əfqanıstana qarşı keçirilən əməliyyatda Kabil tərəfindən 435 nəfərin həyatını itirdiyini, yaralı sayının isə 630-u keçdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Pakistanın informasiya naziri Attaullah Tarar "X" sosial media platforması vasitəsilə Əfqanıstana yönəlmiş hərbi əməliyyatlarla bağlı açıqlama verib.
Əməliyyatlar çərçivəsində Əfqanıstan tərəfində 435 nəfərin öldüyünü, yaralı sayının 630-dan çox olduğunu qeyd edən Tarar, Kabil tərəfinə məxsus 188 nəzarət-buraxılış məntəqəsi ilə yanaşı, 188 tank, zirehli texnika və artilleriya silahının məhv edildiyini, həmçinin 51 nöqtənin havadan hədəf alındığını bildirib.
Tarar dünən verdiyi açıqlamada 31 məntəqənin ələ keçirildiyi barədə də məlumat paylaşmışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin