Pakistan daha 485 nəfər əfqan məhbusu azad edib

18.06.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 iyun, AZƏRTAC

Pakistan həbsxanalarında saxlanılan və sonradan azadlığa buraxılan daha 485 Əfqanıstan vətəndaşı vətəninə geri dönüb.

AZƏRTAC Əfqanıstanın rəsmi Radio və Televiziyasına (RTA) istinadla xəbər verir ki, sərhəd-keçid məntəqələrində lazımi yardımlarla təmin olunan həmin şəxslər daha sonra daimi yaşadıqları əyalətlərə yola salınıblar. Qeyd edək ki, bundan əvvəl də Pakistan həbsxanalarından azad edilən 763 Əfqanıstan vətəndaşı ölkəsinə qaytarılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью