Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistan ordusu Hayber-Paxtunxva əyalətindəki Kurram agentliyində Pakistan nəzarət-buraxılış məntəqələrinə hücuma cavab olaraq Əfqanıstandakı terrorçuların mövqelərinə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə "Tolo News" Pakistan silahlı qüvvələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, qarşıdurmalar təxminən bir saat əvvəl başlayıb. Şahidlər hər iki tərəfin yüngül və ağır silahlardan istifadə etdiyini bildiriblər. Sərhəd yaxınlığında atəş səsləri eşidilib.
Hazırda bu döyüşdə itkilər və ya mümkün dağıntılar barədə dəqiq məlumat yoxdur.
Gülayə Mecid